Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmauel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Praqada görüşüblər. Bu, beynəlxalq aləmdə, xüsusilə sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biri olub.
Ednews xəbər verir ki, “Twitter”də “President Ilham Aliyev” və “Prague” sözləri trendə çevrilib.
Xatırladaq ki, oktyabrın 6-da keçirilən görüşdə Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini və bunun, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacağını təsdiqləyiblər.