ACE platformasından neft hasilatına 2024-cü ilin əvvəlindən başlanılacaq - BP - ednews.net

8 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

ACE platformasından neft hasilatına 2024-cü ilin əvvəlindən başlanılacaq - BP

Siyasət A- A A+
Azəri-Çıraq-Günəşli yatağına aid olan Azəri-Mərkəzi-Şərqi (ACE) platformasından neft hasilatına 2024-cü ilin əvvəlindən başlanılacaq.
 
Ednews xəbər verir ki, bunu apa.az-a açıqlamasında BP-nin xarici kommunikasiyalar üzrə rəhbəri, ACE layihəsinin baş meneceri Nill Filips deyib.
 
O bildirib ki, gələn ilin birinci rübünə kimi dayaq bloku üzrə işlər yekunlaşdırılıb dənizə çıxarılacaq. May ayına kimi ACE platformasının tamamlanması gözlənilir. Platformada quyuların qazılması və hasilata başlanılması 2023-cü ilin sonu 2024-cü ilin əvvəlinə nəzərdə tutulub. 
N.Filips əlavə edib ki, ACE ilk avtomatlaşdırılmış platforma olacaq. Bütün idarəetmə işləri platformadan deyil, Səngəçal terminalından aparılacaq.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...