Yaxın 3-4 gün ərzində Rusiya və Türkiyə Prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilə bilər.
Ednews xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti açıqlayıb.
Bu açıqlamanın ardınca Rusiya mediası xatırladıb ki, oktyabrın 13-ü Qazaxıstanın paytaxtı Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində sammit keçirilməlidir. Qazaxıstan tərəfinin məlumatına görə, Türkiyə Prezidenti oktyabrın 12-13-ü Astanada səfərdə olacaq. Bununla yanaşı, Astanada oktyabrın 14-ü MDB çərçivəsində də sammit baş tutacaq. V.Putin də bu sammitdə iştirak edə bilər.