2023-cü ildə "Avroviziya" mahnı müsabiqəsi İngiltərənin Liverpul şəhərində keçiriləcək.
Ednews Trend-ə istinadən bildirir ki, bunu Avropa Yayım Birliyi ilə birlikdə qalibi seçən "BBC" Yayım Korporasiyasının efirində teleaparıcı Qrem Norton elan edib.
"Liverpul "Avroviziya-2023"ə ev sahibliyi edəcək", - deyə Q.Norton bildirib.