“Son 30 ildə Azərbaycan torpaqlarının 20%-ni işğalda saxlayan, Xocalı şəhərində 613 nəfəri qətlə yetirən şəxslər bütün dünyaya məlum olduğu halda hər hansı dövlət və beynəlxalq təşkilatların yadına nədənsə, təqsirsizlik prezumpsiyası düşür və onların cəzalandırılması üçün müfaviq tədbir görülmür”.
Ednews xəbər verir ki, bu fikirləri “Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda keçirilən konfransda Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov səsləndirib.
“Lakin sosial şəbəkələrdən götürülmüş guya Ermənistan hərbçilərinin qətlə yetirilməsi ilə bağlı mənşəyi müəyyən olmayan videonu az qala soyqırım kimi təqdim edirlər. Yayılmış hər bir video ilə bağlı Bş Prokurorluq araşdırma aparır. Hazırda bu görüntülərlə bağlı 10 cinayət işinin istintaqı davam etdirilir.
Əgər həmin videoda cinayət faktının olması öz təsdiqini taparsa, təbii ki, icra və məsuliyyət məsələsi öz həllini tapa bilər. Digər ölkələr bu prosesə müdaxilə edə bilməz”, - deyə prokurorluq rəsmisi əlavə edib.