1990-cı illərdə müharibədən sonra minlərlə insan hələ də itkindir və onların çoxu azərbaycanlıdır.
Ednews xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ötən gün Avropa Parlamentinin müdafiə komitəsində bildirib.
O qeyd edib ki, minlərlə insan hələ də öz sevdiklərini, ailə üzvlərini gözləyir, onların başına nə gəldiyini bilmir.
“Bunlar hamısı araşdırılmalıdır”, - Klaar əlavə edib.