Bayden Zelenskidən GİLEYLƏNDİ - ednews.net

28 Noyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Bayden Zelenskidən GİLEYLƏNDİ

Siyasət A- A A+
ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenskidən Vaşinqtonun yetərsiz yardımından şikayət etməməyi xahiş edib.
 
Ednews xəbər verir ki, bu barədə informasiyanı “The Washington Post” (WP) qəzeti Ağ Evin keçmiş rəsmisinə istinadən yazıb.
 
Nəşr qeyd edir ki, Kiyev saysız-hesabsız yardım alsa da, Zelenski dəfələrlə ABŞ-dan silah, sursat və hərbi texnika tələb edib.
 
“Bayden Ukrayna lideri ilə şəxsi söhbətində deyib ki, əgər o, nankor kimi görünsə və silah-sursatın kifayət etmədiyini yenə söyləsə, Konqresdən pul istəmək onun üçün çətin olacaq”, - mənbə WP-yə bildirib.
 
Qəzetin yazdığına görə, ABŞ-ın siyasi elitasında Ukraynaya dəstək məsələsində parçalanma yaranıb və bu, noyabrda keçiriləcək Konqres seçkilərindən sonra daha da pisləşə bilər.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...