Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.
Ednews xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müdafiə naziri Burçuladze Brüsseldə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclasında iştirak edəcək.
Burada ölkələr cari ehtiyacları və Ukraynadakı vəziyyəti, NATO-ya üzv və tərəfdaş dövlətlərin bu ölkəyə dəstəyini müzakirə edəcəklər.