”Biz Ukraynaya dəstəyi artıracağıq”.
Ednews UNİAN-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq ABŞ-ın müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostinlə görüşü zamanı deyib.
"NATO müttəffiqlərinə, o cümlədən ABŞ-a Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür edirik. Biz Kiyevi lazımınca dəstəkləyəcəyik. Xüsusilə Ukraynanı daha çox hava hücumundan müdafiə sistemi ilə təmin edəcəyik” - deyə Stoltenberq qeyd edib.