24 oktyabr BMT günüdür

Siyasət 09:15 24.10.2022
Oktyabrın 24-ü Birləşmiş Millətlər Təşkilatı günüdür. Bu il təşkilat özünün 77-ci ildönümünü qeyd edir. 1945-ci ilin bu günündə BMT-nin yaranması haqqında qanun qüvvəyə minib. Qanun Çin, Fransa, Sovet İttifaqı, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlər tərəfindən imzalanıb. BMT-nin qanunu 1945-ci il aprel ayının 25-26-da San-Fransiskoda keçirilən beynəlxalq təşkilat yaratmaq üçün Birləşmiş Millətlər konfransında razılaşdırılıb. Sənəd 1945-ci il iyunun 26-da imzalanıb.
 
Ednews xəbər verir ki, təşkilata “Birləşmiş Millətlər” adı ABŞ Prezidenti Franklin Ruzvelt tərəfindən təklif olunub. Bu ad Birləşmiş Millətlərin 1942-ci il 1 yanvar deklarasiyasında 26 ölkənin faşizmə qarşı mübarizəni davam etdirmək öhdəliyindən sonra qüvvəyə minib. 1948-ci ildən etibarən isə oktyabrın 24-ü BMT günü kimi qeyd edilir. Həmin gün münasibətilə bütün dünyada BMT-nin məqsədləri və nailiyyətlərinə həsr olunan iclas, diskussiya və sərgilər keçirilir. 1971-ci ildə Baş Məclisin tövsiyəsi ilə bu tarix BMT-nin üzvü olan bütün ölkələrdə bayram kimi qeyd edilir.
 
Azərbaycan BMT-nin fəal üzvlərindən biri kimi bu təşkilatın fəaliyyətində özünəməxsus yeri ilə seçilir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq məqsədilə BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasında Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın dövlət bayrağı qaldırılıb.
 
1992-ci il martın 6-da Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin fəaliyyətə başlaması ölkəmizin bu qurum ilə əməkdaşlığının qurulmasına əlverişli imkan yaradıb. Həmin ilin noyabrında isə BMT-nin ölkəmizdə daimi nümayəndəliyi açılıb. Azərbaycanın BMT yanında daimi nümayəndəliyi qısa müddətdə həm təşkilat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq qurub.
 
Azərbaycanın BMT-yə üzv kimi qəbul olunması Ermənistanın ölkəmizə qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması istiqamətində vacib rol oynayıb. 1992-1993-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də qurumun 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib. İşğalçı ölkənin silahlı qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin təmini və münaqişənin danışıqlar yolu ilə həlli tələb edilib.
 
2011-ci il oktyabrın 24-də Azərbaycanın həyatında çox əlamətdar və tarixi hadisə baş verib. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilib. Gərgin şəraitdə keçən və bir neçə turdan ibarət səsvermədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək, etimad göstərərək ölkəmizi bu mötəbər təşkilata üzv seçib. Prezident İlham Əliyev bu əlamətdar hadisə münasibətilə bəyanatında deyib: “Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”.
 
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ədalətin və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını BMT Təhlükəsizlik Şurasında özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz iki il ərzində qurumun qeyri-daimi üzvü kimi uğurlu fəaliyyətini davam etdirib, sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına töhfələrini verib, Şuranın gündəliyində duran məsələlərin müzakirəsində fəal rol oynayıb və daim öz qətiyyətli mövqeyini ortaya qoyub.
 
2012-ci il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi və BMT-nin baş katibi Pan Gi Munun iştirakı ilə Təhlükəsizlik Şurasının “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilib. 2013-cü ilin oktyabrından etibarən Təhlükəsizlik Şurasında başlayan ikinci sədrlik dövründə BMT tarixində ilk dəfə olaraq ölkəmizin təşəbbüsü ilə oktyabrın 28-də qurumun “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilib. Azərbaycanın sədrliyi dövründə Afrikanın Böyük Göllər regionu, Sudan-Cənubi Sudan münasibətləri, Somali, Mərkəzi Afrika Respublikası, Suriyada kimyəvi silahlar məsələsi və humanitar vəziyyət, Mali, Konqo Demokratik Respublikası, Somali, Qərbi Səhra bölgəsi, Livan və Fil Dişi Sahili üzrə çoxsaylı müzakirələr keçirilib, qətnamələr və bəyanatlar qəbul olunub. Beləliklə, Azərbaycan Təhlükəsizlik Şurasına iki illik qeyri-daimi üzvlüyü müddətində bu təşkilatda sadiq olduğu ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə uğurla xidmət edib.
 
Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında, davamlı inkişaf və demokratikləşmə prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Eyni zamanda, rəsmi Bakı BMT-nin XXI əsrdə dünyanı narahat edən təhdid və problemlərə qarşı mübarizə apara bilməsi üçün qurum çərçivəsində islahatların həyata keçirilməsi ideyasını dəstəkləyir.
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Hamısı