Asim Mollazadə qanunvericiliyə oliqarxların siyasi fəaliyyətinə dair məhdudiyyət təklif edib - ednews.net

10 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Asim Mollazadə qanunvericiliyə oliqarxların siyasi fəaliyyətinə dair məhdudiyyət təklif edib

Siyasət A- A A+
“Biz birpartiyalı sistemdən çoxpartiyalı sistemə keçirik”.
Ednews xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin ictimai müzakirəsində Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. 
O bildirib ki, buna görə də biz ölkələrin təcrübələrini öyrənirik: “Təmərküzləşməyə ehtiyac yaranıb. Qərbdə bu proses tədricən gedib. Lakin son illər bir şey çox ciddi dəyişib. Ənənəvi partiyalar, ənənəvi sistemlər artıq rəqəmsal dünyada öz gücünü itirib. İtaliyada seçkiləri misal kimi gətirə bilərəm. 1 il əvvəl yaranan partiya seçkilərdə qalib gəlib hökuməti formalaşdırır. Artıq ənənəvi partiyalara inam itib. Amma mən bildiyim qədərilə ABŞ-da 400 siyasi partiya var, seçkilərdə ikipartiyalı mübarizə gedir. Bu, yerlərdə formalaşan ənənələrdən irəli gəlir. Ancaq son illər postsovet ölkələrdə müşahidə etdiyimiz budur ki, ölkənin siyasi sistemini xarici təsirlərdən qorumağa ehtiyac var. Ukraynada Medvedçuk var idi. Digər ölkələrdə də bu oliqarxları gördük. Düşünürəm ki, biz də xaricdən olan təsirlərin qarşısını almaq üçün öz siyasi sistemimizə müəyyən məhdudiyyətlər qoymalıyıq. Xaricdən maliyyələşən siyasi korrupsiya çox ciddi amildir. Biz bunu Fransanın parlamentinin fəaliyyətində, ABŞ Konqresində görürük. Bu, müşahidə edilərək aşkar olunmalıdır. Yaxud da hazırda biz yeni qanunu müzakirə ediriksə, qanunvericilikdə bununla bağlı məhdudiyyətlər olmalıdır. Bizim bir təklifimiz də xalqın adından siyasi partiyanın danışması ilə bağlıdır”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...