Səfir: Azərbaycan və İsveçrə arasında münasibətlər intensivdir - ednews.net

28 Noyabr, Bazar ertəsi

(+994 50) 229-39-11

Səfir: Azərbaycan və İsveçrə arasında münasibətlər intensivdir

Siyasət A- A A+
Azərbaycan və İsveçrə arasında münasibətlər intensivdir, iki ölkə arasında siyasi dialoq var.
 
Ednews  xəbər verir ki, bunu Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov mətbuat konfransında deyib. 
Azərbaycanlı diplomat yüksək səviyyəli qarşılıqlı səfərləri xatırladıb.
 
Fuad İsgəndərov bildirib ki, iki ölkə arasında maliyyə sahəsində əməkdaşlıq var: “Bu ilin əvvəlində isə neft ixracı sahəsində əməkdaşlıq başlayıb, Azərbaycandan İsveçrəyə 230 milyon dollar dəyərində neft ixrac olunub”.
 
Səfirin sözlərinə görə, bu gün İsveçrədə İtaliyadan gələn təbii qazdan istifadə olunur ki, bu da Azərbaycan qazıdır: “Avropa bizim ümumi istiqamətimizdir, biz İsveçrə də daxil olmaqla müxtəlif ölkələrlə əməkdaşlıqda maraqlıyıq”.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...