İranın gizli kəşfiyyatına qarşı daima mübarizə aparılmalıdır - Asim Mollazadə - ednews.net

1 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

İranın gizli kəşfiyyatına qarşı daima mübarizə aparılmalıdır - Asim Mollazadə

Siyasət A- A A+
“Azərbaycanda dini təhlüsizliyin təmin edilməsi, xarici qüvvələrin ölkəmizə dini təsir imkanlarının qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir”. 
 
Bu sözləri Ednews-a açıqlamasında Milli Məclisinin deputatı Asim Mollazadə bildirib. 
 
Deputat  ölkəmizdə İran gizli kəşfiyyatına xidmət edən dini şəbəkələrin aradan qaldırılması üçün daima təhlükəsizlik əməliyyatların keçirilməsini zəruri hesab edib. 
 
“Azərbaycanda hər hansı xarici qüvvələrin kəşfiyyatına qarşı mübarizə aparılması üçün daima təhlükəsizlik orqanları tərəfindən əməliyyatlar keçirilməlidir. Azərbaycan dövləti özünü və xalqını müdafiə etməlidir, ciddi təhlükələri qarşısını almalıdır və bunun  üçün də nəzərdə tutulan anti-terror əməliyyatlarında heç bir zamana ehtiyac yoxdur. Hər bir məsələ anında həll olunmalıdır”. 
 
Asim Mollazadə dini təhlükələrə qarşı mübarizədə maarifləndirmə tədbirlərin aparılmasını da zəruri hesab edib. 
 
“Azərbaycanın dövlətçilik dəyərləri, dünyəvi idarəçilik modeli və həqiqi islamın təbliği istiqamətində maarifləndirmə işləri görülməlidir. Bu kimi məsələlərdə dövlətinin təhlükəsizliyinə, müdafiəsinə və sabitliyinin təmin olunmasına xüsusi diqqət yetirilməlidir. Həmçinin bura digər tədbirlər də daxil edilmə bilər”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...