Türkiyənin milli müdafiə naziri Hulusi Akar israilli həmkarı Benni Qantzla görüşüb.
Ednews xəbər verir ki, görüş paytaxt Ankarada baş tutub.
B.Qantz nazirliyin inzibati binasında rəsmi mərasimlə qarşılanıb. Görüş zamanı nazirlər iki tərəfli və regional məsələləri müzakirə ediblər.