"Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə keçirilən üçtərəfli görüşünün nəticələrini təxmin etməyəcəyik".
Ednews xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Üçtərəfli görüşün yekunları ilə bağlı hansısa sənədin qəbul olunub-olunmayacağı ilə bağlı suala isə Kremlin sözçüsü belə cavab verib: "Biz sizi məlumatlandıracağıq".