Asim Mollazadə: “Qarabağ problemi həll olunub” - ednews.net

10 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Asim Mollazadə: “Qarabağ problemi həll olunub”

Siyasət A- A A+

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Soçidə keçirdiyi ikitərəfli görüşdə Qarabağ münaqişəsini bitməmiş kimi qələmə verməyə çalışıb. O, Paşinyanla nitqi zamanı deyib ki, Qarabağ münaqişəsini nə vaxtsa bitirməliyik. Bu həm də rəsmi Kremlin 30 il müddətində etdiyi kimi Qarabağ məsələsini dondurmaqda maraqlı olduğunun göstəricisidir.

Məsələ haqqında danışan Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Asim Mollazadə deyib ki, çox güman ki, bu çıxış Putinin Qarabağ münaqişəsinin həllini istəməməyinin ifadəsidir. O, bu barədə Ednews-a açıqlaması zamanı deyib.

“Qarabağ problemi yoxdur, həll olunub. Qarabağ Azərbaycandır! Bunun qarşısını almaq istəyən heç bir qüvvə uğur qazana bilməyəcək. Ölkəmiz kifayət qədər güclüdür ki, problemlərin həllinə nail olsun”.

A.Mollazadə Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş barəsində də fikirlərini bildirib:

“Hesab edirəm ki, Paşinyan verilən sözə, imzalanan sənədə riayət etməyəcək. Dəfələrlə bunu görmüşük. Bu görüşdən xüsusi bir gözləntim yoxdur”. 

Oğuz Ayvaz



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...