Markov Azərbaycan-Ermənistan münasibətlərinin 4 ssenarisini təqdim etdi - ednews.net

1 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

Markov Azərbaycan-Ermənistan münasibətlərinin 4 ssenarisini təqdim etdi

Siyasət A- A A+
Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov Azərbaycan-Ermənistan münasibətlərinin inkişafının dörd ssenarisini təqdim edib.
 
Ednews xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb. 
 
"1.Baza ssenarisi. Azərbaycan heç bir şərt olmadan Qarabağın Ermənistan tərəfindən Azərbaycanın bir hissəsi kimi tanınmasını tələb edəcək. Əks halda üç ildən sonra sülhməramlılarla bağlı müqavilə başa çatacaq, onlar Qarabağı tərk edəcəklər. Azərbaycan ordusu sakitcə Qarabağa daxil olacaq. Ermənistan ordusu zəif olduğuna görə müqavimət belə göstərməyəcək. 
2. Azərbaycanın bu planını puça çıxarmaq üçün Paşinyan ya Rusiyanı münaqişəyə cəlb etməyə çalışacaq, ya da onu Rusiyanın düşmənləri - Fransa, Aİ, ABŞ ilə əvəz edəcək.
 
3. Paşinyanın bu planını puça çıxarmaq üçün Rusiya Paşinyanın yerinə daha çox rusiyayönlü siyasətçi gətirməyə çalışacaq.
 
4. Bu arada Azərbaycan və Ermənistan arasında müxtəlif platformalarda sülh sazişi üzrə danışıqlar aparılacaq, lakin nəticə əldə olunmayacaq.
 
Onun fikrincə, Soçidə Azərbaycan və Ermənistan liderləri arasında Vladimir Putinin iştirakı ilə keçirilən danışıqlar pozitiv keçsə də, heç bir nəticəsi olmayıb.
 
“Pozitiv olub, çünki ümumi bəyanat verdilər və hələ də sülh razılaşması əldə etmək istəyirlər. Nəticəsi olmayıb, çünki sülh sazişinə doğru gedə bilməyiblər”, deyə o, qeyd edib.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...