Danimarka Kraliçası II Marqaret bu gün Baş naziri və Sosial-Demokrat Partiyasının sədri Mette Frederikseni qəbul edib.
Ednews xəbər verir ki, bu barədə Baş nazir partiya liderləri ilə debatı zamanı məlumat verib.
Frederiksen qeyd edib ki, 1 noyabrda parlamentdə keçirilmiş seçkilərin nəticələri və özünün istefa verməsi barədə kraliçanı məlumatlandırıb.
“Mən kraliçaya seçkilərin nəticələri barədə məlumat verdim. Hökumətdəki vəzifəmdən istefa vermək üçün ərizə ilə müraciət etmişəm. Parlamentdə təmsil olunan partiyalar danışıqlar aparmalıdır və bunun nəticəsi olaraq yeni hökumət kabinetinin yaradılması barədə nəticəyə gəlinməlidir”, - o əlavə edib.