“Vatikan Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyə, öz ərazisini digər tərəflərin, xüsusən ABŞ və Avropa İttifaqının da iştirak edə biləcəyi sülh danışıqları üçün neytral yer kimi təklif etməyə hazırdır”.
Ednews “La Stampa” istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk Fransa Prezidenti Emmanuel Makronla danışıqlar zamanı deyib.
Qeyd edək ki, Vatikan dəfələrlə Müqəddəs Taxt-tacın Moskva ilə Kiyev arasında dialoqun qurulması üçün səylərini göstərməyə hazır olduğunu bəyan edib.