“Bakıya sülh üzrə çərçivə sazişi imzalamağı təklif edirəm”.
Ednews xəbər verir ki, bu fikirləri parlamentdə çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib.
O, çərçivə sazişində xüsusi detalların olmayacağını deyib.
“Tam sazişlə bağlı bütün məsələlərin həlli bir neçə il çəkə bilər. Bu, uzun və çətin proses olacaq”, deyə o, əlavə edib.
Paşinyan Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası məsələsinə də toxunub:
“Çətin ki, sülh müqaviləsi imzalanana qədər bu məsələ tamamlansın. Biz ümid edirdik ki, sərhədlərin demarkasiyası sülh müqaviləsinin imzalandığı və ya qüvvəyə mindiyi anda başa çatacaq. İndi bunun çox da real olmadığına dair siqnallar var. Amma həll yolu da istisna deyil", - Paşinyan yekunlaşdırıb.