ABŞ dövlət katibi: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün səylərimizi davam etdirəcəyik” - ednews.net

10 Dekabr, Şənbə

(+994 50) 229-39-11

ABŞ dövlət katibi: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün səylərimizi davam etdirəcəyik”

Siyasət A- A A+
“Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün tarixi imkanlar var və ABŞ-ın bu istiqamətdə səylərini davam etdirəcək”. Ednews xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib. ABŞ dövlət katibi bu il noyabrın 7-də Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin sülh müqaviləsi üzrə növbəti danışıqlarının keçirildiyini və ABŞ-ın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə töhfə vermək əzmində olduğunu bir daha vurğulayıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...