Fransa senatının bu sənədi bəlkə də erməni diaspora və lobbisini məmnun etmək üçündür - Deputat - ednews.net

10 Dekabr, Şənbə

(+994 50) 229-39-11

Fransa senatının bu sənədi bəlkə də erməni diaspora və lobbisini məmnun etmək üçündür - Deputat

Siyasət A- A A+

Fransa Senatının qəbul etdiyi sənədlə bağlı münasibət bildirmişəm, təkrarçılığa yol vermək istəmirəm. Mən ümidvar olmaq istərdim ki, Makron bu sənədi təsdiq etməyəcək.

Ednews xəbər verir ki, bu sözləri “Yeni Gündəm” -ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

“Fransa senatının bu sənədi bəlkə də erməni diaspora və lobbisini məmnun etmək üçündür. Avropanın aparıcı ölkələrindən olan Fransanın belə yalnış, Avropa dəyərlərinə zidd olan sənəd qəbul edilməzdir.”

Sonra Millət vəkili sözlərinə belə davam etdi:

“Qaldı ki, konkret hansı addımlar atıla bilər.Hesab edirəm ki, Fransa Senatında Azərbaycanın əleyhinə qəbul edilmiş sənəddə Azərbaycan qazına və neftinə embarqo qoyulması maddəsinin də əks olunmasınının Avropa Komisiyasının bu ilin iyul ayında Azərbaycanla imzalanmış Avropanın enerji təchizatı və təhlükəsizliyi üzrə strateji tərəfdaşlıq sazişinə zidd olduğunu nəzərə alaraq Avropa Birlinin qurucu ölkələrindən biri olan Fransa Senatı haqqında Avropa Komisiyasının Prezidenti Ursula Van der lyana müraciət ünvanlanmalıdır.

Çünki bu sənəd Ukraina-Rusiya savaşı fonunda Avropanın Rusiyadan enerji asılılığına böyük dəstək oldu. Belə çıxır ki, Fransa Avropa Komisiyasının əleyhinədir, ona zidd çıxır.Bununla bərabər Fransa Senatında qəbul edilmiş sənədə Senatın Azərbaycanla dostluq qrupu üzvlərinin də lehinə səs verməsini nəzərə alaraq, Fransa Senatındakı dostluq qrupu etibarsız hesab edilməlidir. Hesab edirəm ki, hər şey Makron bu sənədə necə cavab verəcəkdir“.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...