Polşaya atılan raket zərbəsinə görə Rusiyanı ittiham edən ABŞ artıq məslənin hədəflərindən yayınmağa çalışır. Hazırda NATO rəhbərliyi Polşa ərazisinə düşən raketin, “çox güman ki, Ukraynanın hava hücumundan müdafiəsi tərəfindən atılan bir raket” olduğunu iddia edir.
Siyasi şərhçilər hesab edir ki, ABŞ bu məlumatı yaymaqla hərbi eskalasiyanın miqyasını azaltmağa çalışır. NATO rəhbərliyi raketin kim tərəfindən atılmasını dəqiq araşdırmadan bir daha Rusiyanı burada səbəbkar olmasını iddia edir.
“Bu, Ukraynanın günahı deyil. Rusiya Ukraynaya qarşı başlatdığı qeyri-qanuni müharibəni davam etdirdiyi üçün məsuliyyət daşıyır” -, deyə NATO-nun baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlaması zamanı bildirib.
Digər bir məlumatda isə Polşa prezidentli Anjey Duda raketin S-300 tipli olduğunu vurğulayıb
.
"Müttəfiqlərimizdən aldığımız məlumata görə, bu, Sovet İttifaqında istehsal olunan köhnə S-300 raketidir. Onun Rusiya tərəfindən atıldığına dair heç bir sübut yoxdur. Onun Ukrayna zenit müdafiəsi tərəfindən vurularaq ərazimizə düşürülməsi ehtimalı da yüksəkdir".
Elnur Ənvəroğlu