Xəbər verdiyimiz kimi, Rusiyanın baş naziri Mixail Mişustinin Azərbaycana səfər edib.
Onun gəlişi Azərbaycan üçün hansı siyasi-iqtisadi məqsəd daşıyır?
Məsələni Ednews-a şərh edən politoloq Tural İsmayılov qeyd edib ki, Mişustinin Bakıya səfəri vacib foruma görə baş verib.
“Artıq sayca 11-ci dəfədir ki, Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilir. Bu günə qədər keçirilən 10 forumda iki ölkənin gələcək münasibətləri kontekstində vacib qərarlar əldə edilib. Azərbaycan və Rusiya şəhərləri arasında iqtisadi əlaqələr, siyasi-mədəni münasibətlər və ticari dövriyəsi hər il müsbət artım tempi göstərir. Mişustinin Bakıya bu dəfəki səfərində iqtisadi rentabelliyi daha da artırmaq əsas müzakirə mövzularından birini təşkil edəcək. Azərbaycan şirkətləri Rusiya iqtsadiyyatına 2 milyard sərmayə qoyub. Rusiyanın da Azərbaycan iqtisadiyyatında 5 milyard payı var. Mişustinin səfəri çərçivəsində bu kontekstdə daha yeni müqavilələr imzalanacaq. Hesab edirəm ki, bu müqavilələr Azərbaycan-Rusiya iqtisadi əlaqələrini daha da gücləndirmiş olacaq. Bu səfərə siyasi deyil, daha çox iqtisadi kontekstdə yanaşmaq daha doğrudur”.
Oğuz Ayvaz