İspaniyanın paytaxtı Madriddə NATO Parlament Assambleyasının illik toplantısı keçirilir.
Ednews xəbər verir ki, bu gün başlayan və 4 gün davam edəcək iclaslarda NATO-ya üzv 30 ölkə və 21 ölkədən 288 parlament qurumu bir araya gələcək.
Toplantıda NATO liderlərinin Zirvə toplantısında qəbul edilən qərarların icrası, NATO-nun yeni Strateji Konsepsiyası, daha geniş inteqrasiya və modernləşmə, Ukraynaya dəstək və Rusiya təhlükəsinə qarşı mübarizə məsələləri müzakirə olunacaq.
Rusiyanın Ukraynaya qarşı əsassız, ədalətsiz və qəddar müharibəsinə qarşı qətiyyətli mövqe, Ukraynaya sarsılmaz dəstək, onun demokratiyası, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü, NATO üzvlərinə qarşı hər hansı təhdiddən çəkindirmə və NATO-nun ərazi bütövlüyü kimi məsələlər yığıncağın bəyanatında yer alıb.
Bildirilir ki, iştirakçılar bu gün Ali Radada, Ukrayna parlamentində, o cümlədən Ukrayna-NATO Parlamentlərarası Şurasının növbədənkənar iclasında öz həmkarları ilə görüşəcəklər.
Nəzrin Beydiyeva