ABŞ-ın keçmiş prezidenti Donald Trampın əvvəllər fəaliyyəti dayandırılan Twitter hesabı yenidən istifadəyə verilib.
Ednews xəbər verir ki, Mask Twitter-də Trump-ın qayıdışı ilə bağlı sorğu keçirib. Daha sonra öz sosial media platformasını quran Tramp “geri qayıtmaq üçün heç bir səbəb görmürəm”,- deyə açıqlama verib.
Sorğunun yekunlaşmasından sonra xalqın Trampı yenidən twitterdə görmək istədiyi bəlli olub. İlon Mask Trampın geri qayıdacağını bildirərək latın dilində "Vox Populi, Vox Dei" ( Xalqın səsi, Tanrının səsi) mənasını verən sözlərini paylaşıb.
Qeyd edək ki, Twitter, Konqresin 6 yanvar 2021-ci il tarixli reydindən sonra ABŞ-ın keçmiş prezidentinin esabını 9 yanvar 2021-ci ildə həmişəlik dayandırdığını açıqlayıb.
Twitter-in təhlükəsizlik qrupu verdiyi yazılı açıqlamada, "Trampın son mesajlarını və onların kontekstini yaxından araşdırdıqdan və xüsusi olaraq bu yazıların necə reaksiya aldığını araşdırdıqdan sonra, şiddəti daha da artırmamaq məqsədilə hesabı bağlamışdı.
Nəzrin Beydiyeva