Ermənilərin təxribatı Azərbaycanı ciddi addımlar atmağa vadar edəcək - Ədalət Verdiyev sərhəddə baş verən SON VƏZİYYƏTDƏN DANIŞDI - ednews.net

6 Dekabr, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Ermənilərin təxribatı Azərbaycanı ciddi addımlar atmağa vadar edəcək - Ədalət Verdiyev sərhəddə baş verən SON VƏZİYYƏTDƏN DANIŞDI

Siyasət A- A A+
Yayılan iddialara görə,  son iki gündə Ermənistan ordusu Azərbaycanın sərhədinə yaxın ərazilərdə kifayyət qədər  haubitsalar və müxtəlif silah-sursatlar toplayıb. Hərbi postların qurulması da müşahidə edilir. 
 
Vəziyyət belə olduğu təqdirdə Azərbaycan antiterror əməliyyatlara başlayacaqmı?
 
Hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, erməni ordusunun son addımları Azərbaycan hərbiçilərinin təhlükəsizliyinə birbaşa təhdiddir. 
 
“Ermənistan Silahlı Qüvvələrinin delimitasiya olunmamış sərhəd mövqelərimizə yaxın bölgələrdə silah-sursat, ağır artilleriya və canlı qüvvə yığması ordumuzun şəxsi heyətinə ciddi təhlükə yaradır. Bu addımların qarşısı vaxtında alınmazsa, yaxın gələcəkdə qarşı tərəfin ordumuzun mövqelərinə hücumlarını müşahidə edəcəyik. Buna görə də Azərbaycan ən qısa müddətdə növbəti təhlükənin qarşısının alınması üçün real hərbi əməliyyatlar aparmaq məcburiyyətində olacaq”. 
 
Ədalət Verdiyevin sözlərinə görə, Ermənistanla sərhəddə və Qarabağda erməni silahlarının təxribatları və digər qanunsuz əməlləri Azərbaycan ordusunun müəyyən hərbi əməliyyatlar həyata keçirməsinə şərait yaradır. 
 
“Növbəti hərbi əməliyyatlar ola bilsin ki, indiki prespektivdə orta və kiçikmiqyaslı olsun. Erməni tərəfi son fəaliyyətləri ilə yaxın zamanda Azərbaycana qarşı geniş təxribatlara hazırlaşdığını aşkar şəkildə sübut edir. Ordumuzun “Fərrux”, “Qisas” və “Qətiyyətli Cavab” əməliyyatları ilə Qırxqız, Buzluq, Sarıbaba, eləcə də Laçın, Sus və Zabux kəndlərinin azad etməsini çox yaxşı xatırlayırıq. Növbəti əməliyyatların nəticələri də ermənilər üzərində çox ağır, acılı və sarsıdıcı olacaq”. 
 
Ermənistanın KTMT-ni tərk etməyə hazırlaşması ilə bağlı iddialara münasibət bildirən Ədalət Verdiyev qeyd edib ki, bu rəsmi İrəvan üçün o qədər də asan olmayacaq. 
 
“Ermənistan bu istiqamətdə kifayyət qədər ciddi addımlar atır. Artıq erməni rəsmiləri açıq şəkildə Rusiyanı tənqid edirlər, hətta təhqirlərə də əl atırlar. Ermənistan Fransa, Yunanıstan və digər Qərb ölkələrinə çox güvənməyə başlayıb. Amma bu ölkələr Ermənistana indiyi qədər yalnız sözdə dəstək veriblər, heç bir real hərbi yardımları olmayıb. Ermənistan ordusunun silahlarının 95 %-i Rusiya istehsalı təşkil edir. İrəvan yaddan çıxarmamalıdır ki, KTMT-dən ayrılmaq o qədər asan proses olmayacaq. Əlbəttə, KTMT-nin tərk edilməsi erməni cəmiyyətinin tələbidir. Çünki bu təşkilat, Rusiya ilə strateji müttəfiqlik Ermənistanın Vətən müharibəsində Azərbaycan qarşısında diz çöküşünə mane ola bilmədi. İrəvan bir küncdən digər küncə keçməsi üçün çırpıntılar içərisindədir”.
 
Yunis Abdullayev 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...