“Rusiya istənilən halda Qarabağı tərk etməlidir, yoxsa...” - Politoloqdan MARAQLI AÇIQLAMA - ednews.net

7 Dekabr, Çərşənbə

(+994 50) 229-39-11

“Rusiya istənilən halda Qarabağı tərk etməlidir, yoxsa...” - Politoloqdan MARAQLI AÇIQLAMA

Siyasət A- A A+
Donbas və Luqanskda ruslar ilhaqdan əvvəl eyni ilə Qarabağda separatçılara verdiyi dəstəyi verirdi. Rus mərkəzləri açılır, insanlara yardım paylanılırdı. 
Bəzi siyasi ekspertlər Rusiyanın eyni ssenari ilə Qarabağda da hərəkət etdiyi barədə mülahizələr yürüdürlər. Onların fikrincə, Rusiya Qarabağda rus sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində də eyni mövqe ilə çıxış edirlər.
 
Politoloq Ramiz Sevdimalıyev Ednews-a açıqlamasında bildirib ki, Rusiyanın Donbas planını Qarabağda tətbiq etmək niyyəti olsa belə, bunun reallaşacağına inanmır. 
 
 
“Çünki Qarabağda Rusiyanın yerləşdirdiyi rus sülhməramlı qüvvələrindən cəmi bir neçə metrlikdə Türkiyənin bayrağı dalğalanır. Rusiya buna cəhd etsə belə qarşısında hər zaman Türkiyə kimi güclü bir dövləti görəcəyini yaxşı bilir”.
 
Politoloq qeyd edib ki, proseslər həm də Ukraynadakı müharibənin nəticələrinə bağlıdır. 
 
“Bir məsələni nəzərinizə çatdırım ki, hazırda Ukraynada gedən müharibənin gedişatı çox şeyi dəyişə bilər. Rusiya Ukrayna ərazisini tamamilə özünə qatmaq niyyətindədir və əgər bundan sonra Rusiya bu savaşda qələbə qazanarsa, digər post-Sovet ərazilər kimi Cənubi Qafqaz da Rusiyanın təhdid etdiyi ölkələr arasında ön sırada dayanacaq”.
 
Ramiz Sevdimalıyev həmçinin sülhməramlı qüvvələrin Qarabağdan çıxarılması ilə bağlı bəzi zəruri faktları qeyd edib. O, bunun üçün atılmalı olan ən vacib addımlardan danışıb. 
 
“Sülhməramlıların Qarabağdan yığışdırılması bir çox faktorlara əsaslanır. Sözsüz ki, bu ilk növbədə Ermənistanla Azərbaycan arasındakı danışıqlar prosesinin nəticəsindən asılıdır. Eyni zamanda burada görülməli olan vacib işlər var. Məsələn rus sülhməramlılarının Qarabağdan getməsi 2025-ci ilin noyabr ayında nəzərdə tutulub. Bunun üçün 6 ay əvvəl onlara müraciət olunmalıdır və buna görə də Qarabağda həmin dövrə qədər həm Azərbaycan tərəfindən qaçqın və məcburi köçkünlər öz yerlərinə köçürülməli, həm də vaxtilə Qarabağda yaşayan erməni icması ilə azərbaycanlı köçkünlər arasında ünsiyyət formalaşdırılmalıdır. Bütün bunlar hələ ki baş tutmayıb və bu işdə sülhməramlılar hər hansı bir hərəkətlilik nümayiş etdirmir. Bu da Rusiyanın Qarabağda mövcudluğunu sürdürməsinə zəmin yaradır. Bir sözlə, sülhməramlı kontingentin Qarabağı tam tərk etməsi yalnız Ermənistanla Azərbaycan münasibətlərinin qaydasına düşməsindən sonra mümkün olacaq”.
 
Elnur Ənvəroğlu


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...