“Bu partiyalar mütləq ləvğ olunmalıdır!” Siyasi sədrlər yeni qanundan DANIŞDI

Siyasət 17:20 24.11.2022
Azərbaycanda dövlət qeydiyyatına alınan 60 yaxın siyasi partiya var.
 
Kiçik bir ölkə üçün bu qədər partiyanın olması bəlkə də müsbət hal kimi görünə bilər. Lakin bu siyasi qurumların arasında  elə partiyalar var ki, ictimaiyyətdə nəinki adi vətəndaşlar, hətta jurnalistlər və siyasi araşdırmaçılar tərəfindən tanınmır. 
 
Dövlət qeydiyyatından keçən, lakin heç kəs tərəfindən tanımayan partiyaların siyahısına nəzər saldıqda isə:
 
 Azərbaycan Milli Demokratik İdrak Partiyası, Birlik Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Müstəqil Azərbaycan Partiyası,"Qorqud" Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Sosial Ədalət Partiyası, Milli Konqres Partiyası adlarını sadalamaq olur. 
 
Bununla belə,  “Siyasi Partiyalar haqqında Qanun”da qeydiyyata alınan hər bir partiyanın 4500 –dən çox üzvünün tələb olunması ilə bağlı maddə qeyd olunacağı iddia edilir.  Bu tələbə uyğun olmadıqda isə partiya ləğv oluna bilər.
 
Yuxarıda adı çəkilən partiyaların heç 1000 üzvü olması belə real görsənmir. 
 
Ümumiyyətlə, Azərbaycanda hazırki  siyasi mühitdə nə qədər partiyanın fəaliyyət göstərməsi zəruridir? 
 
Məsələ ilə bağlı Ednews-a danışan Böyük Quruluş Partiyasının  sədri Fazil Mustafa hazırda siyasi partiyaların sayı barədə müzakirələrin aparılmasını doğru saymadığını deyib. 
 
“Siyasi partiyalar cəmiyyətin tələbi ilə yaradılır. Partiyalar cəmiyyətdən dəstək almadığı  halda sıradan çıxaraq tarixə qovuşur. Hesab edirəm ki, ölkədə normal seçki sisteminin formallaşdığı təqdirdə hansı partiyaların cəmiyyətə daha çox faydası olacağını bilmək olacaq”. 
 
Azərbaycan Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hesab edir ki, Azərbaycanda hazırki siyasi mühitə uyğun olaraq 10 və ya 15 partiyanın fəaliyyət göstərməsi kifayyətdir.  
 
“Ölkəmizdə elə partiyalar var ki, onların nizamnaməsi yoxdur, ictimai rəy formallaşdıra bilmir, qanunverici təşəbbüslərlə çıxış etmir, müəyyən önəmli məsələlərə münasibət bildirmir və rəqabətli seçkilərə uyğunlaşmır. Siyasi partiyalar haqqında gözlənilən yeni qanun bu kimi kiçik partiyaların ya birləşməsinə, ya da xitam verilməsinə gətirib çıxaracaq. Hesab edirəm ki, rəqabətli seçkilərdə yalnız güclü partiyalar qalib gələcək, önə çıxmayan partiyalar isə tarixə qovuşacaq”.
 
Respublika Alternativ Partiyasının icra katibi Natiq Cəfərli bildirib ki, yalnız ardıcıl rəqabətli seçkilərdən sonra siyasi partiyaların mövcudiyyəti və sayı barədə fikir mübadiləsi aparmaq olar. 
 
“Azərbaycanda iki dəfə və ya daha ardıcıl rəqabətli və dürüst seçkilər keçirildikdən sonra seçicilərin müəyyən səsini toplaya bilən ən azı 10 partiyanın fəaliyyət göstərməsi daha məntiqli olacaq. Amma problem bununla bitmir. Bildiyimiz kimi, hər bir ölkədə sağ, sol və mərkəzçi qanadı təmsil edən partiyalar var. Azərbaycanda isə ideoloji cəhətdən fəaliyyət göstərən partiyaların sayı azdır. Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası daxil olmaqla bir çox partiyaların nizamnaməsində sağ-mərkəzçi olduğu qeyd olunur. Bu isə doğru yanaşma deyil”. 
 
Müasir Müsavat Partiyasının sədri Hafiz Haciyev  də eyni fikirləri bildirib. Onun sözlərinə görə, siyasi ictimaiyyətdə güclü nüfuzu və təsiri olan 15 və ya 20 partiyanın  fəaliyyət göstərməsi yetərlidir. 
 
“Elə partiyalar var ki, onun üzvləri ailə və qohumlarından ibarətdir. Onların heç papkası və nizamnaməsi də yoxdur. Yeni qanun qəbul olunduqdan sonra, bu partiyalar mütləq ləvğ olunmalıdır”. 
 
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanlı məsələyə fərqli münasibət bildirib. 
 
“Partiyaların məhdudlaşdırılmasını o qədər doğru hesab etmirəm. İqtidar və müxalifət partiyaların irəli sürə bilmədiyi yenilikləri gənclər həyata keçirməyi bacaracaqsa, niyə onlar partiya yaratmasınlar”. 
 
Yunis Abdullayev
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
Kuleba sülh planını müzakirə etmək üçün Hindistana gəlib
15:42 28.03.2024
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO
15:35 28.03.2024
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Hamısı