Azərbaycanın hədəfi: “Qərbi azərbaycanlılar torpaqlarına qayıdacaq” - Politoloqdan ŞƏRH - ednews.net

7 Dekabr, Çərşənbə

(+994 50) 229-39-11

Azərbaycanın hədəfi: “Qərbi azərbaycanlılar torpaqlarına qayıdacaq” - Politoloqdan ŞƏRH

Siyasət A- A A+

"Qərbi Azərbaycan icmasının yaradılması müsbət addımdır. Çünki, indiki Ermənistan ərazisi məlum olduğu kimi tarixi Azərbaycan torpaqlarıdır”.

Bu sözləri Ednews-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

“Azərbaycanlılar bu torpaqlarda böyük mədəniyyət yaradıblar. Bu mədəniyyət izlərinin Ermənistan tərəfindən silinməsinə, təhrif olunmasına baxmayaraq, ölkəmizdə və dünyanın müxtəlif ölkələrindəki arxiv materialları azərbaycanlıların həmin ərazilərdə nə qədər böyük tarixi keçmişə sahib olduğunu göstərir. Bu baxımdan düşünürəm ki, azərbaycanlılar üçün öz tarixi torpaqlarına, yurdlarına qayıtmaq prioritet olaraq qalıb. Bu həm də dövlətimizin hədəfidir. O, torpaqlar qərbi azərbaycanlı soydaşlarımızın ana südü kimi haqqıdır. Ermənistan və himayəçiləri bizim ərazimizdə yaşayan bir ovuc erməniyə hüquqlar tələb edir".

Politoloqun sözlərinə görə bu insanların hüquqi beynəlxalq hüquqla tənzimlənməlidir.

“Həmin azərbaycanlıların sayı Azərbaycan ərazisində yaşayan ermənilərdən dəfələrlə çox idi. Məsələnin Qərbi Azərbaycan icması konteksindən irəli sürülməsi, hüquqi baxımdan çox doğru addımdır. Ümid edirəm ki, Qərbi azərbaycanlıların icması soydaşlarımızın öz ata-baba yurdlarına qayıtması və tarixi izlərimizin yenidən bərpa olunması ilə bağlı işlər görə biləcəklər".

Oğuz Ayvaz 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...