“Makron və Paşinyan bir-birlərini bacı kimi çox istəyirlər və qoşa gəzirlər” - Aqil Abbas - ednews.net

8 Dekabr, Cümə axşamı

(+994 50) 229-39-11

“Makron və Paşinyan bir-birlərini bacı kimi çox istəyirlər və qoşa gəzirlər” - Aqil Abbas

Siyasət A- A A+
“Brüsseldəki görüş dekabrın 7-də baş tutmalı idi. Amma dünən Hikmət Hacıyev mənə Şarl Mişelin ofisindən onunla əlaqə saxladığını bildirdi .
 
Ermənistanın baş naziri Nikol Paşinyan görüşə yalnız Fransa prezidenti Makronun qatılacağı təqdirdə gəlməyə razıdır. Bu o deməkdir ki, bu görüş baş tutmayacaq”.
 
Bu sözləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransında çıxışında deyib.
 
Ednews-a açıqlama verən deputat Aqil Abbas Fransa ilə Ermənistanın bir-birini bacı kimi çox istədiyini bildirib: 
 
“Bu istəkdən də görünür ki, Makronla Paşinya bacıdılar. Ona görə də qoşa gəzirlər. Paşinyan oynuyur, Makron da ona bacılıq edir. Hamı öz bacısın, qardaşın çox istədiyi kimi onlar da bacı kimi bir-birlərini çox istəyirlər. Makron kimdir ki? Makronu atıb ortalığa. Paşinyan oyun oynayır amma başında çatlayacaq”.
 
Əbülfət Baxşəli


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...