Mövqelərimiz atəşə tutulub - Adekvat cavab tədbirləri görülüb - ednews.net

30 Yanvar, Bazar ertəsi

(+994 50) 229-39-11

Mövqelərimiz atəşə tutulub - Adekvat cavab tədbirləri görülüb

Siyasət A- A A+
Kəlbəcər, Daşkəsən və Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub. Müdafiə Nazirliyindən Ednews-a daxil olan məlumata görə, noyabrın 25-i saat 17:30-dan 22:32-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Yellicə və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, saat 14:05-dən 20:35-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...