Rusiya UNESCO-ya nota - VERDİ - ednews.net

30 Yanvar, Bazar ertəsi

(+994 50) 229-39-11

Rusiya UNESCO-ya nota - VERDİ

Siyasət A- A A+
Rusiya diplomatlarına viza verilmədiyi üçün UNESCO-ya nota göndərib. 
 
Ednews-a  "TASS" a istinadən xəbər verir ki, Rusiyanın UNESCO yanında daimi nümayəndəliyi Fransanın təşkilatın tədbirlərinə xarici nümayəndə heyətlərinin səfərini təmin etmək üzrə götürdüyü öhdəlikləri yerinə yetirməməsi barədə quruma məlumat verib. 
 
Bildirilib ki, rusiyalı diplomatlar Parisdə keçirilən UNESCO-nun Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqramın Hökumətlərarası Şurasının 33-cü sessiyasında iştirak etmək üçün viza ala bilməməsindən sonra rəsmi Moskva təşkilata nota göndərib: 
 
“Nümayəndəliyimiz diplomatik kanallar vasitəsilə UNESCO-nun katibliyinə müraciət edib - nota göndərib və katiblik qarşısında təşkilat ilə Fransa tərəfi arasında bağlanmış müqaviləyə uyğun olaraq bu dövlətin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi barədə məsələ qaldırıb”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...