Horadiz-Ağbənd dəmir yolu bu tarixdə hazır olacaq - RƏSMİ - ednews.net

30 Yanvar, Bazar ertəsi

(+994 50) 229-39-11

Horadiz-Ağbənd dəmir yolu bu tarixdə hazır olacaq - RƏSMİ

Siyasət A- A A+
“Hazırda Ağalı kəndi ərazisində kiçik sahibkarların yerləşdirilməsi üzrə işlər görülür”.
 
Ednews xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev “İşğaldan azad edilmiş ərazilərin dayanıqlı inkişafı və reinteqrasiyası” mövzusunda təşkil olunan görüşdə deyib.
 
Prezidentin xüsusi nümayəndəsi bildirib ki, işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri, iri infrastruktur layihələri həyata keçirilir.
 
O, “Böyük Qayıdış” layihəsi çərçivəsində artıq 326 nəfər Ağalı kəndinə köçürüldüyünü xatırladıb:
 
“Kəndə köçürülən əhali üçün şərait yaradılır, dövlət qurumları vasitəsilə infrastruktur obyektləri qurulur, müxtəlif layihə və tədbirlər həyata keçirilir. Onların məşğulluq məsələləri həll edilir.
 
Hazırda Ağalı kəndi ərazisində kiçik sahibkarların yerləşdirilməsi üzrə işlər görülür. Bundan başqa, Zəngilan rayonu ərazisində dörd su elektrik stansiyasının tikintisi davam etdirilir. Horadiz-Ağbənd dəmir yolunun isə gələn ilin sonuna kimi tikintisinin yekunlaşacağı gözlənilir”.
 
Vahid Hacıyev işğaldan azad edilən ərazilərdə perspektivdə nəzərdə tutulan planlar barədə də danışıb: 
 
“Əgər bütün Şərqi Zəngəzur və Qarabağa baxsaq, burada 5 istiqamətdə layihələrin həyata keçirilməsi mümkündür: mədən-sənaye, kənd təsərrüfatı, logistika, turizm və “yaşıl enerji”. Zəngilan Azərbaycan iqtisadiyyatına çox böyük töhfələr verəcək. Həm kənd təsərrüfatı, həm təbii ehtiyatların mövcudluğu, həm logistika və turizm, həm də “yaşıl enerji”dən söhbət gedir”.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...