Paşinyanın canfəşanlığı, Fransa və Ermənistan birliyi, uçuruma gedən münasibət - Ramiyə Məmmədova yazır - ednews.net

5 Fevral,

(+994 50) 229-39-11

Paşinyanın canfəşanlığı, Fransa və Ermənistan birliyi, uçuruma gedən münasibət - Ramiyə Məmmədova yazır

Siyasət A- A A+

Heç kəsə sirr deyil ki, Fransa hər zaman ermənipərəst mövqe güdüb. Elə bu səbəbdən bu gün Türkiyəyə sərgilədiyi münasibəti, Azərbaycana qarşı da o nümayiş etdirir.

Hamıya bəllidir ki, bu gün Fransada fəaliyyətdə olan Erməni lobbisi demək olar ki, dünyanın ən güclü təbliğat maşınıdır. Bu təbliğat maşını sayəsində evinə “çörək pulu” aparan minlərlə fransalı siyasətçilər, ictimai xadimlər isə kifayət qədərdir. Lobbi və diaspora bir çox məsələlərdə Fransanın siyasət xəttini dəyişdirmək iqtidarındadır.

Fransa və Ermənistan birliyi...

Bu günə qədər Ermənistanı gizli dəstəkləyən Fransa son gedən proseslərin fonunda bunu açıq-aşkar etməyə başladı. Proseslərin bu məcrada getməsi isə, hakimiyyətdə oturdulan Makronla heç bir əlaqəsi yoxdur, zatən onun yerində kim olsaydı bu mövqe eyni xətlə davam edəcəkdir. Təbii ki, burada Makronun erməni mövqeyini də unutmaq olmaz, o, bunu heç gizlətməyə də cəhd etmir. Fransa Senatı da alın açıqlığı ilə prezidentin davamçısı demək olar.

Heç kəsə sirr deyil ki, Fransa Senatının qərarlarında, Makronun bəyanatlarının dizayn edilməsində ermənilərin pulları mühüm rol oynayır. Ümumiyyətlə, pul haradan gəlirsə, fransız siyasətçilər səslərini də ora yönəldə bilirlər.

Yuxarıda da qeyd etdiyim kimi, Fransa indiyədək Azərbaycanla münasibətlərini korlamamaq üçün ermənilərə  göstərdiyi dəstəyi açıq-aşkar etməkdən çəkinirdi. Lakin Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Fransanı qəzəbləndirdi və o Cənubi Qafqazda dəyişən geosiyasi çevrilişi həzm edə bilmədi. Çünki Azərbaycanın qələbəsi ilə Türkiyənin bölgədəki artan nüfuzu Fransanı ciddi şəkildə əndişələndirir.

Bunlara nəzərən demək olar ki, artıq Fransa Azərbaycan-Ermənistan danışıqlarında vasitəçilik etmək imkanlarından məhrum olub. Sonda isə Fransanın birtərəfli mövqe tutması onu prosesdən kənarda qalmasına səbəb olub. 

Paşinyanın canfəşanlığı...

Fransanın proseslərin kənarda qalması Nikol Paşinyan işini öz əlinə alıb, nəyin bahasına olursa olsun, Makronu danışıqlara geri qaytarması üçün etdiyi canfəşanlıqla nəticələnib. Nikolun bu oyundan kənar etdiyi tryüklarına Azərbaycan hakimiyyətinin razılaşması isə qeyri-mümkündür. Bu fikirləri biz Prezident İlham Əliyevin öz dilindən də duyduq. O, qətiyyətlə Makronun iştirakı ilə görüşün keçirilə bilməyəcəyini vurğuladı.

Fransanın “səmimiyyəti”

Bütün bunlar Fransanın oyundan kənar qalması, həm iqtisadi, həm də siyasi tərəfdən Fransa Azərbaycan münasibətlərinin korlanmasının məsuliyyət isə birbaşa Makronun üzərindədir. O, qeyri- adekvat hərəkətləri ilə  öz ölkəsinin maraqlarına zərbə endirir.  Bundan sonra Fransanın səmimiyyətinə inanmaq isə qeyri – mümkündür.

Nəticə...

Sonda belə bir nəticəyə gəlmək olar ki, Paşinyan və Makronun heç bir cəhdi Fransanı yenidən danışıqlar masasına əyləşdirə bilməyəcək. Bu detalları bilə-bilə hər iki dövlət sərsəm sayıqlamalarına hələ də davam etmək inadındadırlar.

Proseslər isə tam əksinə onların əleyhinə işləyir...  



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...