“ABŞ-ın sülh təklifində Azərbaycan üçün risklər var” Politoloqdan AÇIQLAMA

Siyasət 10:00 29.11.2022

Ermənistan ordusunun Azərbaycanla sərhəd ərazilərdə, eləcə də rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərimizdə qanunsuz erməni silahlı qüvvələrinin ardı-arası kəsilməyən təxribatları, İrəvanın son siyasi addımları Azərbaycan və Ermənistan arasında sülh prosesinin dalana dirənməsinə gətirib çıxarıb.

Bununla bərabər, Brüsselin Ermənistan hakimiyyətinə təsir imkanlarının məhdudluğu və Moskvanın regional sabitliyə zidd olan manevrləri bu prosesi daha da ləngidir.

Yeganə alternativ qüvvə ABŞ qalır. Bəzi ekspertlər bunların fonunda ABŞ-ın hər iki dövlət arasında sülh prosesinə ciddi şəkildə müdaxilə etməsini və İrəvanı Azərbaycanla sülh müqaviləsi imzalamasına vadar etməsini zəruri hesab edirlər.

Məsələ ilə əlaqədar Ednews-a açıqlamasında politoloq Asif Nərimanlı hesab edib ki, sülh müqaviləsinin imzalanmasında ABŞ-ın təklif variantı daha münasib və uğurlu ola bilər.

Söhbət zamanı o, qeyd edib ki, Vaşinqtonun əsas planı Bakı və İrəvan arasında ikitərəfli formatın yaradılmasıdır.

“Rusiya Cənubi Qafqazda öz geosiyasi mövqeyini qorumaq üçün Qarabağ məsələsinin taleyini gələcəyə saxlamaq və bölgədə sülhməramlı qüvvələrin müddətini uzatmaq niyyəti güdür. Eyni zamanda Moskva Bakı və Qarabağ erməniləri arasında dialoqun yaranmasına faktiki olaraq əngəl yaradır. Digər tərəfdən Fransa Qarabağda erməni separatçılarının və Ermənistan hakimiyyətinin maraqlarını təmsil etmək üçün hər vasitəyə əl atır. Qondarma qurumun rəhbəri Arayik Aratyunyanın Fransada erməni diasporasının keçiriləcək tədbirə dəvət edilməsi bunu sübut edir. Rusiya iki tərəf arasında vasitəçi kimi iştirak etməklə regionda yalnız öz maraqlarını təmin etmək üçün çalışır. Fransa isə daha çox Ermənistan üzərindən maraqlarını yürüdür. ABŞ bu prosesdə neytral mövqe tutan yeganə ölkədir. Vaşinqton Azərbaycan və Ermənistan arasında ikitərəfli formatın formalaşmasının və bütün məsələlərin bu format çərçivəsində həll edilməsinin tərəfdarıdır. Hər iki dövlətin rəsmilərinin Vaşinqtonda son görüşü bunu sübut edir”.

Politoluqun sözlərinə görə, Vaşinqtonun iki dövlət arasında sülh prosesinə müdaxilə etmə imkanları Rusiyaya nisbətən zəifdir.

“Həm coğrafi, həm də geosiyasi baxımdan ABŞ-ın Cənubi Qafqazda təsiri və nüfuzu o qədər güclü deyil. İndiki Ermənistan hakimiyyəti nə qədər Qərbyönümlü olsa da, Vaşinqtonun bu ölkəyə təsir imkanları hələki məhduddur. Bunu da nəzərə almaq lazımdır ki, Ermənistan iki ölkə - Fransa və Rusiya arasında qalıb. Son proseslər Ermənistanın gah Moskvaya, gah da Parisə tərəf yönəldiyini göstərir”. 

Asif Nərimanlı, həmçinin vurğulayıb ki, ABŞ-ın təklif etdiyi variantda Azərbaycan üçün müsbət məqamlar olsa da, riskləri də nəzərdən keçirmək lazımdır.

“ABŞ sülh müqaviləsində Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımısını, Bakının isə Qarabağ erməniləri ilə təmaslar qurmasını istəyir. Bütün bunlar müsbət görsənir. Lakin bununla bərabər, ABŞ rəhbərliyi bu müqaviləyə təmasların və dialoqun beynəlxalq mexanizm çərçivəsində aparılması ilə bağlı müddəanın əlavə edilməsini də dəstəkləyir. Vaşinqtona görə, bu proses indidən başlamalıdır. Halbuki, bu bizə sərf etmir. Çünki bu mexanizm çərçivəsində hazırda danışıqlar başlasa, Azərbaycan hakimiyyəti faktiki olaraq separatçı ünsürlər ilə bir masa arxasında oturacaq. Rəsmi Bakının isə Aratyunyan və digər separatçı ünsürlər ilə danışıqlar aparmaq niyyəti yoxdur. Fransa və ABŞ-da erməni lobbisi də erməni separatçılarının danışıqlara qatılması istiqamətində yerli hakimiyyətə təsir etməyə çalışırlar. Azərbaycan isə cəmiyyətimizə reinteqrasiya tərəfdarı olan və qanunlarımıza tabe olacaq Qarabağ erməniləri ilə danışıqlar aparacaq”.

Sonda Asif Nərimanlı Cənubi Qafqazda hazırki proseslərin Ukrayna müharibəsindən asılı olduğunu bildirib.

“Əgər Rusiya bu müharibədə məğlub olsa, Cənubi Qafqaz və digər post-sovet regionunda öz geosiyasi təsirini tamamilə itirəcək. Belə olan təqdirdə ABŞ-ın vasitəçiliyi ilə bütün problemlər Azərbaycanın xeyrinə həllini tapacaq”.

Yunis Abdullayev 

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Qubad İbadoğluya YEKUN İTTİHAM elan edildi
15:52 18.04.2024
Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans KEÇİRİLİR
15:50 18.04.2024
Ərəb politoloq Beynəlxalq Ədalət Məhkəməsini SƏRT TƏNQİD ETDİ - ÖZƏL
15:45 18.04.2024
Qarabağdan indiyədək çıxan rus hərbçilərinin və texnikanın SAYI
15:34 18.04.2024
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
"Fast food"-un bədənimizə və sağlamlığımıza təsiri -ARAŞDIRMA
15:30 18.04.2024
İşıqforlarla bağlı vətəndaşlara MÜRACİƏT
15:16 18.04.2024
Azərbaycanın təklif etdiyi sülh xalqın... - Deputat Məzahir Əfəndiyevlə MÜZAKİRƏ - VİDEO
15:00 18.04.2024
Rusiya XİN: Aİ-nin Bakı ilə İrəvan arasında normallaşma prosesi ilə bağlı səyləri səmərəsizdir
14:50 18.04.2024
Mariya Zaxarova: Moskva Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üçün mümkün olan hər şeyi edib
14:45 18.04.2024
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
ABŞ rəsmisi: Türkiyənin Cənubi Qafqazdakı fəaliyyəti qəbuledilməzdir
14:43 18.04.2024
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
Paşinyan kəndlərin qaytarılmasında Türkiyədən bəhs etdi
14:37 18.04.2024
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
“30 il bizə imkan verdi ki, düşməni öyrənək” – Umud Mirzəyev – VİDEO
14:30 18.04.2024
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
14:25 18.04.2024
Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb
14:20 18.04.2024
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
Avropa Şurası Ermənistana 15 milyon dollar verəcək
14:15 18.04.2024
Rusiya XİN: Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ üçün alətdir
14:10 18.04.2024
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
Mariya Zaxarova: Ermənistandan açıqlama gözləyirik - VİDEO
14:04 18.04.2024
“Rus ordusunun Qarabağı tərk etməsi Azərbaycanın siyasi qələbəsidir” - Ukraynalı Deputat - ÖZƏL
14:00 18.04.2024
Hamısı