Fransa parlamentinin deputatları 149 lehinə səslə qətnamə qəbul ediblər.
Ednews “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, qətnamədə Avropa dövlətlərindən İrana təzyiqləri artırmaq tələb edilir.
Məqsəd isə bu ölkənin öz beynəlxalq öhdəliklərini yerinə yetirməsi və Məhsa Əmininin ölümü ilə bağlı araşdırma aparmasıdır.
Fransa qanunvericiləri sözügedən qətnaməni qəbul etməklə, İranın təhlükəsizlik qüvvələri tərəfindən nümayişçilərə qarşı repressiyaları qətiyyətlə pisləyib və bu hərəkətləri ifadə azadlığının zorakılıqla pozulması kimi dəyərləndirib.