Mədəniyyət nazirinin sabiq müavini barədə - QƏRAR VERİLDİ - ednews.net

2 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Mədəniyyət nazirinin sabiq müavini barədə - QƏRAR VERİLDİ

Siyasət A- A A+
Mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov barəsindəki qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
 
Ednews apa.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə baxılan iş üzrə qərar elan edilib.
 
Məhkəmə şikayəti təmin etməyib, Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
 
Xatırladaq ki, Rafiq Bayramov 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.
 
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 4 il 6 aya endirib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...