Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub - ednews.net

7 Fevral, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Siyasət A- A A+
Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ Milli Qvardiya Bürosunun rəisi general Daniel Hokanson ilə görüşüb.
 
Müdafiə Nazirliyindən Ednews-a  verilən xəbərə görə, tərəflər "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivlərini, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
 
Görüşdə Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Xəzər İbrahim də iştirak edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...