Azərbaycan Silahlı Qüvvələri peşəkarlıq nümayiş etdirir - NATO - ednews.net

7 Fevral, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Azərbaycan Silahlı Qüvvələri peşəkarlıq nümayiş etdirir - NATO

Siyasət A- A A+
Azərbaycan Silahlı Qüvvələri peşəkarlıq və öz işinə sadiqlik nümayiş etdirir”.
 
Ednews  xəbər verir ki, bunu bu gün Bakıda "NATO günləri" çərçivəsində "SHAPE Partnerships Country Engagement" tərəfdaşlıq şöbəsinin rəisi, polkovnik İqor Tabulov-Truta deyib.
 
O daha sonra qeyd edib: 
 
"Mən Azərbaycan Silahlı Qüvvələrini nümayiş etdirdikləri inkişafla bağlı təbrik etməliyəm. Qüvvələrin müxtəlif komponentləri bizim operativ potensial konsepsiyası mexanizmimiz sayəsində tam operativ bacarıqlara yiyələniblər". - deyə o bildirib.
 
İ.Tabulov-Truta əlavə edib ki, "NATO günləri" Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı və məqsədyönlülüyünü görmək imkanı yaradıb.
 
"Azərbaycan NATO-nun güclü tərəfdaşı olmaqda davam edir. Onun NATO missiya və əməliyyatlarına töhfəsi hər zaman mühümdür", - o deyib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...