Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək - ednews.net

27 Yanvar, Cümə

(+994 50) 229-39-11

Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək

Siyasət A- A A+
Mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsinə görə yeni cərimələr müəyyənləşir.
 
Ednews xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və plenar iclasa tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə yeni təklif edilən maddədə əksini tapıb.
 
Layihəyə əsasən, mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər 3 min manatdan 4 min manatadək məbləğdə cərimə ediləcək.
 
Qeyd olunan xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 600 manatdan 800 manatadək, vəzifəli şəxslər 2 min manatdan 2 min 500 manatadək, hüquqi şəxslər 9 min manatdan 12 min manatadək məbləğdə cərimə ediləcək.
 
Qanun qəbul edildiyi halda 2023-cü il aprelin 1-dən qüvvəyə minəcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...