ABŞ DAEŞ liderinin öldüyünü təsdiqlədi - RƏSMİ - ednews.net

3 Fevral, Cümə

(+994 50) 229-39-11

ABŞ DAEŞ liderinin öldüyünü təsdiqlədi - RƏSMİ

Siyasət A- A A+
ABŞ terror təşkilatı DAEŞ lideri Əbu əl-Həsən əl-Haşiminin öldürüldüyünü təsdiqləyib.
 
Ednews xəbər verir ki, CENTCOM-un sözçüsü polkovnik Co Buccino bu barədə yazılı açıqlamasında qeyd edib: 
 
"Əbu əl-Həsən əl-Haşiminin ölümü DEAŞ-a daha bir zərbə oldu. Bu əməliyyat Azad Suriya Ordusu (Suriya Milli Ordusu) tərəfindən həyata keçirilib",- deyə o bildirib.
 
Buccino həmçinin DEAŞ-ın bölgə üçün təhdid olmağa davam etdiyini açıqlayıb.
 
Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi isə DAEŞ-in liderinin artıq yer üzündə gəzə bilməyəcəyini elan etməkdən məmnun olduğunu deyib. O, əməliyyatda ABŞ qüvvələrinin iştirak etmədiyini xüsusi 
 
İctimaiyyətə yayılan səs yazısında terror təşkilatının lideri əl-Haşiminin öldüyü, DEAŞ-ın yeni liderinin Əbu əl-Hüseyn əl-Hüseyni olduğu açıqlanıb. Səs yazısında əl-Haşiminin harada və necə öldüyü ilə bağlı təfərrüatlar verilməyib. Onun qarşıdurmalarda öldürüldüyü bildirilib.
 
Qeyd edək ki, İŞİD liderlərindən Əbu Bəkr əl-Bağdadi 2019-cu ilin oktyabrında Suriyanın İdlib şəhərindəki evə, Əbu İbrahim əl-Haşimi isə ABŞ Mərkəzi Komandanlığının nəzarətində olan Xüsusi Əməliyyat Qüvvələri tərəfindən bir yerə aparılıb. Fevralın 3-də Suriyanın şimal-qərbindəki İdlibin Atme qəsəbəsində təşkil edilən basqında hər ikisi öldürülüb.
 
Nəzrin Beydiyeva


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...