Tbilisidə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Ednews xəbər verir ki, görüşdə ABŞ və Gürcüstan arasında strateji əməkdaşlığa dair müzakirələr aparılıb.
Məlumatda qeyd olunub ki, söhbət zamanı həmçinin Gürcüstanın Ermənistan və Azərbaycan arasında vasitəçilik rolu da müzakirə olunub.