Ermənistan və Türkiyə nümayəndə heyətləri noyabrın əvvəllərində iki ölkənin sərhədində görüş keçirib.
Ednews “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat katibi Vaan Unanyan deyib.
O bildirib ki, texniki heyətlərin görüşündə sərhədlərin açılması, körpülərin təmiri, sərhədlərin açılması halında hərəkətə nəzarət, gömrük nəzarəti, texniki hazırlıq və s. məsələlər müzakirə olunub.