İranda qəzəbli insanlar SEPAH-a bağlı banka od vurublar.
Ednews xəbər verir ki, bu barədə məlumat “Azad İran” teleqram kanalında verilib.
İranın futbol komandası Qətərdə ABŞ-a məğlub olduqdan sonra Kamyaran şəhərində gənclər küçələrə çıxaraq aksiya keçiriblər.
Xüsusi təyinatlı qüvvələr gəncləri dağıtmaq üçün hadisə yerinə gəldikdə gənclər onlarla mübarizə aparmağa başlayıblar. Əlisilahlı hökumət qüvvələrini qovduqdan sonra etirazçı gənclər SEPAH-a bağlı “Sepəh Bank”ın filialını yandırıblar.