“Mən indi necə deyim ki, Vasif Talıbov…” - Aqil Abbas Naxçıvan hadisələrindən DANIŞDI - ednews.net

4 Fevral, Şənbə

(+994 50) 229-39-11

“Mən indi necə deyim ki, Vasif Talıbov…” - Aqil Abbas Naxçıvan hadisələrindən DANIŞDI

Siyasət A- A A+

23 noyabrdan etibarən Naxçıvan Muxtar Respublikasında Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən əməliyyatlar keçirilib.

TV Müsavatın efirində "Canlı debat" verilişinə telefon bağlantısı ilə qoşulan millət vəkili Vahid Əhmədov Naxçıvan hadisələri ilə bağlı danışıb.

V.Əhmədov baş verən korrupsiya və rüşvətxorluq hadisələrinin qəbuledilməz olduğunu deyib:

 "Ölkənin belə vəziyyətində Naxçıvanda bu hadisələrin üzə çıxması... Mən sizə deyim ki, bu, olmalı idi. Çünki Naxçıvan 20 il idi ki, özünü sərbəst dövlət kimi göstərirdi. Azərbaycanın mərkəzi icra orqanları ilə o qədər də sıx əlaqələri yox idi. İndi aparılan yoxlamalar bir çox məsələləri üzə çıxarır. Orada çox böyük maliyyədən söhbət gedir. Naxçıvana dövlət büdcəsindən 350 milyon manat ayrılıb. Əgər Naxçıvan bu cür inkişaf edirsə, Naxçıvanda bu qədər müəssisələr tikilirsə, o zaman gəlirləri hardadır? Hara gedir bu qədər vəsaitlər?"

Məsələ ilə bağlı Ednews-a danışan deputat Aqil Abbas əməliyyatlarla bağlı danışmağın daha tez olduğunu bildirib:

"Tədqiqatlar gedir. Dövlət Təhlükəsizlik Xidməti öz işi ilə məşğuldur. Hələlik məsələlər tam aydınlaşmayıb. Ən çox da "fake" xəbərlər yayılıb. Dedilər Vasif Talıbovun qardaşı həbs edilib amma sonradan bildimki həbs olunmayıb. Bu xəbəri təkzib elədilər. Hələ ortada bir şey yoxdur. Təmiz yoxlamalar, tədqiqatlar bitəndən sonra nə isə demək olar kimin günahi nə dərəcədədir. Mən indi necə deyim ki, Vasif Talıbov filan olmalıdır. Onu tədqiqat müəyyənləşdirə bilər. Mənə elə gəlir ki, böyük hadisələr olsa Vasif Talıbov könüllü istefa verər".

Əbülfət Baxşəli



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...