“Regionda hər zaman eskalasiya təhlükəsi var”.
Ednews xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan jurnalistlərin sualını cavablandırarkən bildirib.
Ermənistanın müdafiə naziri həmçinin məlumatın məxfiliyini əsas gətirərək, Hindistandan alınan “Konkurs” tank əleyhinə raket sistemi ilə bağlı məlumatı şərh etməkdən imtina edib.