Parlamentdə yaradılacaq işçi qruplarına bu deputatlar rəhbərlik edəcək - ednews.net

4 Fevral, Şənbə

(+994 50) 229-39-11

Parlamentdə yaradılacaq işçi qruplarına bu deputatlar rəhbərlik edəcək

Siyasət A- A A+
Milli Məclisdə yeni yaradılacaq 12 parlamentlərarası işçi qruplarının rəhbərləri bəlli olub. 
 
Ednews xəbər verir ki, bu, Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarına təklif edilən dəyişiklikdə əksini tapıb. 
 
Layihəyə əsasən, Aydın Hüseynov - Azərbaycan-Banqladeş, Musayev Elşən - Azərbaycan-Brundi, Mahmudov Rəşad - Azərbaycan-Efiopiya, Həsənova Afət- Azərbaycan-Honduras, Rüstəmxanlı Sabir - Azərbaycan-Kamerun, Qafarov Kəmaləddin - Azərbaycan-Qvatemala, Hüseynov Rəfael - Azərbaycan-Livan, Ramil Həsən - Azərbaycan-Nepal, Hacıyev Emin - Azərbaycan-Nigeriya, Kərimzadə Pərvin - Azərbaycan-Panama, Osmanov Cavid - Azərbaycan-Sudan və Nəsirov Elman - Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qruplarına seçilmələri təklif edilir. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...