“Fransa qətnamələri absurd sənədlər əsasında hazırlanıb” - Azərbaycan-Fransa İşçi Qrupunun RƏHBƏRİ - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

“Fransa qətnamələri absurd sənədlər əsasında hazırlanıb” - Azərbaycan-Fransa İşçi Qrupunun RƏHBƏRİ

Siyasət A- A A+
“Fransa Milli Assambleyasının noyabrın 30-da qəbul etdiyi qərəzli qətnamə absurd sənədlər əsasında hazırlanıb”. 
 
Ednews xəbər verir ki, bunu deputat Azərbaycan-Fransa parlamentlərarası İşçi Qrupunun rəhbəri Soltan Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasda çıxışı zamanı bildirib. 
 
 
“Bu addım Fransa tərəfindən Azərbaycana qarşı atılan qərəzli siyasətin növbəti nümunəsidir.
 
Təəssüf doğuran məqam budur ki, Ermənistan 30 il müddətində torpaqlarımızı işğal altında saxlayanda Fransa bu məsələyə biganə qaldı. Fransa hakimiyyətinin bir dəfə də olsun itkin düşən vətəndaşlarımız, soyqırımlarda öldürülən günahsız insanlarımıza qarşı qərar qəbul etməməsi, susqun qalması insan hüquqlarının pozulmasına əyani sübutdur. Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına mane olan təşəbbüsləri öz ölkələrinin əsl niyyətini nümayiş etdirmiş oldu”, – deyə deputat bildirib. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...