“Qurumlar öz yaxınlarını qalib edirlər” - Fazil Mustafadan tenderlərlə bağlı TƏNQİD - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

“Qurumlar öz yaxınlarını qalib edirlər” - Fazil Mustafadan tenderlərlə bağlı TƏNQİD

Siyasət A- A A+
“Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun bizdə uzun illərdir ki, qəbul olunmasa da mövcud olub. Belə ki, dövlət qurumlarının hər biri tenderlərdə öz yaxınlarını qalib edilər”. 
 
Ednews xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa səsləndirib. 
 
“Bakı-Quba yolunu gedərkən, bu durumu daha yaxşı anlayırıq. Bu qanun layihəsinin niyyəti yaxşıdır, lakin əsas məsələ qanunun necə işləməsidir. Əgər biz səhər özəl şirkətlərin hüquqlarının qorunmasını təmin etməsək, heç bir nəticə əldə etməyəcəyik. 
 
Bundan əlavə, bizə dövlət qurumları və özəl şirkətlər arasında gedən məhkəmə çəkişmələrinin statistikası təqdim edilsə görərdik ki, sahibkarların xeyrinə qərarların nisbəti heç 5%-i keçmir”, - deyə deputat əlavə edib. 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...